Əsas məzmuna keçin
Aloha World Study Abroad

Gəlin oxumaq üçün ən yaxşı yeri tapaq

Aloha World bakalavr və magistr qəbulunu, təqaüd axtarışını, sənəd hazırlığını və vizanı bir yerdə aparır. Beş ildən çoxdur Bakıdan yola salırıq.

Yola düşənlər

  • Dövlət Təqaüd Proqramı qalibi
    Turan Qaraşlı

    University College London

    Böyük Britaniya · Technology Management

    Yola düşməSentyabr 2025
  • Ödənişsiz təhsil
    Rəşid Salamov

    University of Wuppertal

    Almaniya · Applied Economics

    Yola düşməOktyabr 2025
  • Litva Dövlət Təqaüdü qalibi
    Rafiq Əliyev

    VILNIUS TECH

    Litva · Computer Engineering

    Yola düşməSentyabr 2025
  • Dünya TOP 2
    Mahizər İsmayılova

    Imperial College London

    İngiltərə · Public Health

    Yola düşməFevral 2026
  • Dövlət Proqramı Qalibi
    Əsəd Əsədzadə

    Monash University

    Avstraliya · MSc Information Technology

    Yola düşməYanvar 2026
  • İsveç TOP 1
    Fidan Rəşidli

    KTH Royal Institute of Technology

    İsveç · MSc Chemical Engineering for Energy and Environment

    Yola düşməSentyabr 2025

Rəsmi partnyor universitetlər

Hamısına baxın
  • VILNIUS TECH
  • VILNIUS UNIVERISTY
  • Kaunas University of Technology
  • University of Latvia
  • Budapest Metropolitan University
  • Vytautas Magnus University
  • MRU - Mykolas Romeris University
  • VU Business School
  • LSU
  • LSMU - Lithuanian University of Health Sciences
  • KSU
  • ISM
  • EHU
  • gisma
  • UE university of applied science
  • UE Amsterdam
  • SMK
  • Kauna Kolegija
  • Vilnius Kolegija
  • Panevezio Kolegija
  • LBTU
  • Riga Tech
  • EKA
  • TSI
  • RISEBA
  • BSBI
  • Corvinius
  • Avila

İki istiqamətdə aparırıq

Universitet qəbulu

Bakalavr və magistr. Proqram seçimindən viza müsahibəsinə qədər bütün mərhələ bizdədir.

  • Profilə uyğun proqram və universitet seçimi
  • Sənəd toplusu, tərcümə və təsdiq
  • Motivasiya məktubu, CV və tövsiyə məktubları
  • Təqaüd müraciətləri və deadline izləmə
  • Viza sənədləri və müsahibə hazırlığı

Dil kursu

Xaricdə qısamüddətli dil proqramları. Universitet üçün dil balı toplamaq və ya sıfırdan başlamaq.

  • Dil məktəbi və səviyyə seçimi
  • Proqram müddəti və başlama tarixi
  • Yaşayış: ailə yanı və ya yataqxana
  • Qeydiyyat, ödəniş və qəbul sənədi
  • Viza sənədləri

Necə işləyir

Dörd mərhələ. Hər mərhələdə nə etdiyimizi və nə vaxt bitəcəyini əvvəldən bilirsiniz.

  1. 01

    Ödənişsiz konsultasiya

    Balınızı, büdcənizi və məqsədinizi danışırıq. Nəyin mümkün olduğunu, nəyin olmadığını açıq deyirik.

  2. 02

    Universitet və proqram seçimi

    Profilinizə uyğun 5-8 variant hazırlayırıq. Hər birinin qəbul şansı, xərci və təqaüd imkanı yanında yazılır.

  3. 03

    Sənəd və müraciət

    Tərcümə, motivasiya məktubu, tövsiyə məktubları və təqaüd müraciəti. Deadline-ları biz izləyirik, siz yox.

  4. 04

    Viza və yola düşmə

    Viza sənədləri, müsahibə hazırlığı, yaşayış və ilk həftənin planı. Uçuş gününə qədər əlaqədəyik.

Hara göndəririk

  • Litva

    Litva yüksək təhsil standartları və beynəlxalq dərəcəli diplomları ilə Avropada təhsil almaq istəyən tələbələr üçün ideal seçimdir. Ölkə alçaq yaşayış xərcləri və münasib təhsil haqqı ilə keyfiyyətli Avropa təhsilini əlçatan edir. Burada universitetlər ingilis dilində geniş spektri əhatə edən müxtəlif bakalavr və magistr proqramları təklif edir. Tələbələr təhsil aldıqları müddətdə həftədə 20 saat qanuni işləmək hüququna sahibdirlər. Şengen zonasına daxil olan Litva tələbələrə Avropa ölkələrinə sərbəst səyahət etmək imkanı yaradır. Məzuniyyətdən sonra ölkədə qalıb iş tapmaq üçün məzunlara xüsusi imkanlar və vizalar təqdim olunur. Litvanın təhlükəsiz, müasir və qonaqpərvər mühiti beynəlxalq tələbələrin rahat adaptasiyasına zəmanət verir.

    Səviyyə
    Bakalavr, magistr, doktorantura
    Tədris dili
    Ingiliscə
  • Böyük Britaniya və İrlandiya

    Ən çox soruşulan istiqamət. Bir illik magistr proqramları vaxta qənaət edir.

    Səviyyə
    Bakalavr, magistr, doktorantura,dil kursu
    Tədris dili
    İngilis
  • Avropa

    Almaniya, Polşa, İtaliya, Hollandiya. İngilis dilində proqramlar geniş yayılıb.

    Səviyyə
    Bakalavr, magistr
    Tədris dili
    İngilis
  • ABŞ və Kanada

    Viza prosesi uzundur, ona görə müraciətə hamıdan erkən başlayırıq.

    Səviyyə
    Bakalavr, magistr
    Tədris dili
    İngilis
  • Çin

    Dövlət təqaüdləri (CSC) ilə. Mühəndislik və biznes proqramları güclüdür.

    Səviyyə
    Bakalavr, magistr
    Tədris dili
    İngilis, Çin

Təhsil haqqı və təqaüd rəqəmləri profilinizə görə dəyişir, ona görə onları konsultasiyada dəqiq veririk.

Niyə Aloha World

Universitetlərin rəsmi partnyoru

Müraciətiniz birbaşa universitetin qəbul ofisinə gedir, aralıq vasitəçi olmadan. Bu, cavabın daha tez gəlməsi və sənədin itməməsi deməkdir.

Təqaüd və büdcə təhsili üzrə ixtisas

İşimiz ucuz universitet tapmaq deyil. İşimiz sizin profilinizə pul verən proqramı tapmaq və ona düzgün müraciət yazmaqdır.

Ödəniş modelimiz açıqdır

Bütün xidmətlərimiz ödənişlidir və qiyməti ilk görüşdə deyirik. Sonradan üzə çıxan gizli xərc yoxdur.

Tələbə hekayələri

  • Balım orta idi və heç kim mənə real şansımı demirdi. Burada ilk görüşdə hansı universitetə çatacağımı, hansına çatmayacağımı açıq dedilər. Sonda gözlədiyimdən yaxşı yerə düşdüm.

    Aysel M.University of Glasgow, Böyük Britaniya

  • Almaniyada təhsil haqqı olmayan proqramların şərtlərini özüm başa düşə bilmirdim. Sənədləri bir-bir yığdıq, deadline-ları onlar izlədi. Mən yalnız imtahanıma hazırlaşdım.

    Rəşad Q.TU Berlin, Almaniya

  • Valideynlərim üçün ən vacib sual pul idi. Xərcin hamısını əvvəldən cədvəl kimi gördük, sonradan heç nə əlavə olunmadı. Buna görə evdə söhbət asan keçdi.

    Nuray H.University College Dublin, İrlandiya

Tez-tez verilən suallar

Xidmət haqqı alırsınız?

Bəli. Bütün xidmətlərimiz ödənişlidir. Qiyməti ilk ödənişsiz konsultasiyada, sizə lazım olan işin həcminə görə deyirik. Sonradan əlavə olunan gizli ödəniş yoxdur.

Nə vaxt müraciət etməliyəm?

Bakalavr üçün təxminən bir il, magistr üçün 8-10 ay əvvəl. Təqaüd müraciətlərinin son tarixi adətən adi qəbuldan da erkən olur, ona görə tələsmək lazımdır.

Dil sertifikatım yoxdur, müraciət edə bilərəm?

Bəli. Bir çox universitet şərti qəbul verir və dil sertifikatını sonra təqdim etməyə imkan tanıyır. Bəzi hallarda universitetin öz onlayn dil imtahanı da qəbul olunur.

Təqaüd almaq nə qədər realdır?

Profilinizdən asılıdır: attestat və ya diplom balı, dil balı, layihə və iş təcrübəsi. Konsultasiyada hansı təqaüdlərə real şansınızın olduğunu, hansına olmadığını açıq deyirik.

Neçə universitetə müraciət edirik?

Adətən 5-8 universitetə paralel. Bir hissəsi hədəf variant, bir hissəsi təhlükəsiz variant olur ki, cavablar gələndə əlinizdə seçim qalsın.

Viza ilə də kömək edirsiniz?

Bəli. Sənəd siyahısı, maliyyə sübutu, müraciət forması və müsahibə hazırlığı xidmətə daxildir. Vizanın özünü konsulluq verir, ona görə heç kim vizaya zəmanət verə bilməz.

Ofisə gəlmək lazımdır?

Xeyr. Konsultasiyanı onlayn da keçiririk. İstəsəniz Bakıdakı ofisimizdə üzbəüz də görüşə bilərik.

Ödənişsiz konsultasiya

Formu doldurun, bir iş günü ərzində sizinlə əlaqə saxlayaq. Görüş onlayn da, ofisdə də ola bilər.

WhatsApp-da yazın
Nə üçün müraciət edirsiniz
Səviyyə